Pakistanda qəbilələr arasında qarşıdurma baş verib: 25 ölü

Pakistanın Hayber Paxtunxva əyalətinin Kurram rayonunda başlayan qəbilə qarşıdurması qətllərin şahidi olub.

Sentyabrın 20-də mübahisəli torpaqda tikilən tikili ilə bağlı rəqib şiə və sünni qəbilələri arasında mübahisə yaranıb.

Müzakirələr öz yerini silahlı münaqişələrə verəndə ölkədə xaos ab-havası hökm sürürdü.

Hayber Paxtunxva əyalətinin sözçüsü Saif Əli mətbuata verdiyi açıqlamada bölgədəki gərginliyi və torpaq mübahisəsini həll etməyə çalışdıqlarını bildirib.

Bu toqquşmalar nəticəsində ən azı 25 nəfərin həyatını itirdiyini bildirən Əli onlarla insanın yaralandığını bildirib.

240 milyon əhalisi olan Pakistanda şiələr ölkənin təxminən 15 faizini təşkil edir.

Mövsüm

AzNews.az