İspaniyada insanlar 1 günlük Qəzza üçün tətilə gedib

Fələstini bir dövlət kimi tanıyan İspaniyada 200 həmkarlar ittifaqının iştirakı ilə "Fələstində soyqırım və işğala qarşı" adı altında ümumi Qəzza tətili qərarı verilib.

Ümummilli tətil çərçivəsində paytaxt Madriddə və Barselona və Bilbao kimi böyük şəhərlərdə nümayişlər keçirilib, universitet tələbələri dərsləri tərk edəcəklərini açıqlayıblar.

İsrailin ilk ilini başa vurmaq üzrə olan Qəzzaya hücumlarının indi "dözülməz səviyyədə" olduğunu vurğulayan həmkarlar ittifaqları və QHT-lər İspaniya hökumətini "İsrail tərəfindən həyata keçirilən etnik təmizləmənin bir hissəsinə çevrilməməsi üçün bu ölkə ilə dərhal diplomatik, ticari və hərbi əlaqələr qurmağı dayandırılmasına" çağırıblar.

Həmkarlar ittifaqları, “Fələstində soyqırım və işğala qarşı” ümumi tətil çağırışı çərçivəsində gün ərzində təşkil etdikləri çoxsaylı nümayişlərə əlavə olaraq, bir çox yerdə, xüsusilə də hərbi texnika istehsal edən fabriklərdə və stansiyaların qarşısında etiraz aksiyalarının keçiriləcəyini açıqlayıb.

Mövsüm

AzNews.az