Orban: Kiyev və Kişinyovun Aİ-yə qoşulması üçün sürətləndirilmiş prosedur ədalətsizdir

Macarıstanın baş naziri Viktor Orban Ukrayna və Moldovanın Qərbi Balkan ölkələrindən əvvəl Avropa Birliyinə (Aİ) qoşulması üçün sürətləndirilmiş prosedur imkanının Ukraynaya verilməsi qərarını vicdansızlıq adlandırıb.

O, bu barədə sentyabrın 27-də məlumat verib.

“Ukrayna və Moldovaya sırf geosiyasi səbəblərə görə Aİ-yə sürətli çıxışın verilməsi bizi qane etmir və uyğunluğa əsaslanan yanaşmanı tamamilə arxa plana keçir. Bu ədalətli deyil, avropaya uyğun deyil” ,-deyə Orban qeyd edib.

Baş nazir yeni dövlətlərin Aİ-yə daxil olmasını artıq Avropa İttifaqına üzv olan ölkələr, o cümlədən Macarıstan üçün böyük fürsət adlandırıb.

Mövsüm

AzNews.az