Floridada qasırğa səbəbindən 1 milyondan çox ev işıqsız qalıb

ABŞ-ın Florida ştatında Helen qasırğası səbəbindən 1 milyondan çox ev işıqsız qalıb.

Bu barədə ABŞ-ın “PowerOutage” elektrik enerjisini izləmə saytında dərc edilmiş məlumatda qeyd edilib.

Təbiət hadisəsi səbəbindən cənub-şərq ştatlarında (Florida, Corciya, Cənubi Karolina və Şimali Karolina) ümumilikdə 4 milyon ev təsərrüfatı elektrik enerjisindən məhrum olub.

Qeyd edək ki, ştatın qərb sahillərində 3 m-ə qədər tufan dalğası xəbərdarlığı hələ də qüvvədədir.

Mövsüm

AzNews.az