Səudiyyə Ərəbistanı Yaxın Şərqdə nizamlanma üçün koalisiya yaratdığını elan edib

Səudiyyə Ərəbistanının xarici işlər naziri Faisal bin Farhan Al Saud Fələstin-İsrail münaqişəsinin iki dövlətli həll yolu ilə həllinə kömək edəcək beynəlxalq koalisiyanın yaradıldığını açıqlayıb.

Bu barədə "Al Arabiya" yazıb.

Ərəb Liqası, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Norveçin iştirakı ilə keçirilən iclasda o, “Ədalətli və hərtərəfli sülh üçün etibarlı və dönməz plana nail olmaq üçün hər cür səy göstərəcəyik” deyib və təşəbbüsün birgə işlənib hazırlandığını əlavə edib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri dərhal atəşkəs və iki dövlətli həllin həyata keçirilməsi istiqamətində nəzərəçarpacaq nəticələrə gətirib çıxaracaq qərarların qəbulu üçün kollektiv fəaliyyətin zəruriliyinə diqqət çəkib, “bunlardan əsası müstəqil Fələstin dövləti olmalıdır”,-deyə o əlavə edib.

Mövsüm

AzNews.az