Lukaşenko: Belarusa hücum edilən kimi nüvə silahından istifadə edəcəyik

Ukrayna- Rusiya müharibəsində Rusiyanın tərəfində olan Belarus prezidenti Aleksandr Lukaşenko nə qədər irəli gedə biləcəkləri ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Prezident Lukaşenko Minskdə universitet tələbələri ilə görüşündə Belarus və Rusiyanın təhlükəsizliyini təmin etmək üçün nüvə silahından istifadə oluna biləcək şərtləri ətraflı şəkildə izah edib.

Lukaşenko bəyan edib ki, Belarusa istənilən hücum Üçüncü Dünya Müharibəsinə səbəb ola bilər. O, Rusiya prezidenti Vladimir Putinin nüvə silahından istifadə şərtlərini müəyyən edən “nüvə doktrinasının dəyişdirilməsi” ilə bağlı bəyanatlarının onu dəstəklədiyini vurğulayıb.

ABŞ və Polşa əsgərlərinin Belarusun qərb sərhədlərində yerləşdirildiyini bildirən Lukaşenko, "Əgər bizə hücum etsələr, nüvə silahından istifadə etməyə qərar verəcəyik. Onların cavab vermək imkanları olacaq "?,-deyə qeyd edib.

Lukaşenko belə bir vəziyyətdə Rusiyanın da eyni şəkildə cavab verəcəyini bəyan edib.

Mövsüm

AzNews.az