Qazaxıstanda 200-dən çox ictimai birlik və beynəlxalq müşahidəçilər AES-ə dair Referendumun monitorinqini aparacaq

Qazaxıstanın 230-a yaxın ictimai birliyi oktyabrın 6-da keçiriləcək AES-in tikintisi üzrə ümumxalq səsverməsində müşahidəçi qismində iştirak edəcək. Beynəlxalq müşahidəçilər də səsvermənin şəffaflığına nəzarət edəcəklər.

Bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov bildirib.

Abdirov referendumla bağlı qanunvericilikdəki yenilikləri və hazırkı təşviqatın xüsusiyyətlərini açıqlayıb. O, həmçinin komissiyaların bütün üzvlərinin hazırlığına diqqət yetirib.

“Vətəndaşlarımızın səs verməyə gələcəyi 10 mindən çox komissiyamız və 70 mindən çox seçki məntəqəmiz var. Həmçinin, bizim ən azı 70 min məntəqə komissiyasının üzvü var”.

Aktauda keçirilən görüşdə Qazaxıstan İctimai İnkişaf İnstitutunun ekspertləri AES-in tikintisi ilə bağlı sorğunun nəticələrini açıqlayıblar. Nəticələrə görə, respondentlərin 64%-i ümumxalq səsverməsində iştirak etməyə hazırdır. Tədqiqatda ölkə üzrə 8000 insan iştirak edib.

Mövsüm

AzNews.az