Tramp Ukraynaya səfər edəcəyini bildirib

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp ölkə prezidenti Volodimir Zelenskinin dəvəti ilə Ukraynaya səfər edəcəyini istisna etmir.

Zelenski və Tramp Nyu-Yorkdakı "Trump Tower"-də danışıqlar aparıblar. Görüş bir saata yaxın davam edib.

“Siz Ukraynaya gəlməlisiniz”, - Zelenski deyib. "Mən bunu edəcəm" deyə Tramp cavab verib.

Lakin o, Ukraynaya nə vaxt səfər etməyi planlaşdırdığını dəqiqləşdirməyib.

Mövsüm

AzNews.az