Sloveniyanın baş naziri: Netanyahu müharibəni dayandır

Sloveniyanın baş naziri Robert Qolob Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının kürsüsünə qalxaraq İsrailin baş naziri Benyamin Netanyahunu "bu müharibəni dərhal dayandırmağa" çağırıb.

Qolob BMT Baş Assambleyasının 79-cu müzakirələrində iştirakçılara müraciət edib.

Qəzzada insanların əslində yaşamadıqlarını, sadəcə var olduqlarını ifadə edən Qolob, "Onlarda olan tək şey sabahın daha da pis olacağıdır. İordan çayının qərb sahilində və Qüdsdə fələstinlilərə edilən zülm artmaqdadır və qaynama nöqtəsinə çatıb",-deyə qeyd edib.

Qolob Qəzza və Livanda atəşkəsə çağırıb və BMT-də islahatların aparılmasını tələb edib.

Qolob İsrailə müraciət edərək, "Mən bunu açıq şəkildə demək istəyirəm: Qan tökülməsinə son qoyulsun. Əzablara son qoyulsun. Girovlar evlərinə qayıtsınlar və işğala son qoyulsun" deyib. O, çıxışından sonra bir müddət alqışlarla qarşılanıb.

Çıxışında “cənab Netanyahu” deyərək kürsüyə 3 dəfə vuran Qolob İsrail baş nazirinə “Bu müharibəni dərhal dayandırın”,-deyə bildirib.

Mövsüm

AzNews.az