İsrailin zərbələri səbəbindən 100 min insan Livandan Suriyaya qaçıb - BMT

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib ki, İsrail Müdafiə Qüvvələrinin davam edən zərbələri səbəbindən ən azı 100 min insan Livandan Suriyaya sığınmaq üçün qaçıb.

"İsrailin hava hücumlarından qaçaraq Livandan Suriyaya keçən insanların - Livan və Suriya vətəndaşlarının sayı 100 min nəfərə çatıb. Buraxılış davam edir", - Filippo Qrandi X səhifəsində yazıb.

Qrandi əlavə edib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının əməkdaşları qaçqınlara kömək etmək üçün yerli hakimiyyət orqanları və Suriya Ərəb Qızıl Aypara Cəmiyyəti ilə birlikdə Livan-Suriya sərhədindəki dörd nəzarət-buraxılış məntəqəsində hazırdırlar.

Mövsüm

AzNews.az