İsrail ordusu Livana qarşı quru əməliyyatlarına başlayır - TƏCİLİ

İsrail ordusu Livanla sərhədə yaxın üç yaşayış məntəqəsinin ərazisini qapalı hərbi zona elan edib.

"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Vəziyyət qiymətləndirildikdən sonra İsrailin şimalındakı Metula, Misgav Ama və Kfar Giladi əraziləri qapalı hərbi zona elan edilib”, - məlumatda bildirilir.

Qərar İsrailin Livan ərazisində mümkün quru əməliyyatı gözləntiləri fonunda açıqlanıb.

Bundan əvvəl ABŞ Prezidenti Cozef Bayden Livanda "Hizbullah"a qarşı planlaşdırılan quru əməliyyatını dəstəkləməyəcəyini bildirmişdi.