Aİ-dən Livana 30 milyon avroluq əlavə humanitar yardım

Avropa İttifaqı (Aİ) Komissiyası İsrailin hücumlarından zərər çəkən Livana 30 milyon avro dəyərində əlavə humanitar yardımın ediləcəyini açıqlayıb.

Sözügedən yardımın sentyabrın 29-da açıqlanan 10 milyon avroya əlavə ediləcəyi və bu il ümumi yardım məbləğinin 100 milyon avronu keçdiyi bildirilib.

Livan və Qəzzada atəşkəs çağırışını təkrarlayan Aİ Komissiyasının sədri Ursula fon der Leyen, Yaxın Şərqdə artan gərginlikdən narahat olduğunu ifadə edərək, "Bütün tərəflər günahsız mülki insanların həyatını qorumaq üçün əllərindən gələni etməlidirlər. Bu gün , Livan xalqına humanitar yardımımızı artırırıq",- deyə qeyd edib.

Aİ Komissiyasının humanitar yardımdan məsul üzvü Janez Lenarçiç də yardımın münaqişələrdən təsirlənənlərə tez çatdırılmasının həyati əhəmiyyət daşıdığını bildirib.

Mövsüm

AzNews.az