Pakistanda toy avtobusunun qəzaya uğraması nəticəsində 7 nəfər ölüb

Pakistanda toy qonaqlarını daşıyan avtobus yüksək sürətlə dərəyə aşıb, nəticədə azı 7 nəfər ölüb, 17 nəfər yaralanıb.

Bu barədə "Associated Press" (AP) məlumat yayıb.

Bəlucistan əyalətinin Kvetta yaxınlığında baş verən qəzanın səbəbi müəyyən edilməyib. Faktla bağlı araşdırma aparılır. Səhiyyə departamentinin sözçüsü bildirib ki, qurbanlardan bəzilərinin vəziyyəti ağırdır.

Nəşr bildirib ki, Pakistanda yol qəzaları tez-tez baş verir, çünki ölkənin magistral yolları bərbad vəziyyətdədir və yol hərəkəti qaydalarına ciddi məhəl qoyulmur.

Mövsüm

AzNews.az