Yoav Gallant: İsrailin İrana cavabı "ölümcül və gözlənilməz" olacaq

İsrail İranın raket hücumuna cavab vermək planlarından əl çəkmir, onun cavabı "ölümcül və gözlənilməz" olacaq ki, iranlıların heç nə başa düşməyə vaxtı olmasın.

Bu barədə Müdafiə naziri Yoav Gallant deyib.

"İranın hücumu aqressiv olsa da, qeyri-dəqiq idi. Bunun əksinə olaraq, bizim hücumumuz ölümcül, dəqiq təyin ediləcək və ən əsası təəccüblü olacaq. Onlar (iranlılar ) nə baş verdiyini və necə baş verdiyini bilməyəcəklər. Onlar sadəcə nəticələri görəcəklər.

Gallant İranın hücumunun İsrail Hərbi Hava Qüvvələrinin imkanlarına zərər vermədiyini bir daha vurğulayıb. Onun sözlərinə görə, bütün aviabazalar normal rejimdə işləyir və heç bir təyyarə zədələnməyib. O, həmçinin qeyd edib ki, İsrailin bütün hərbi və siyasi rəhbərliyi - əsgərdən tutmuş baş nazirə qədər - İrana qarşı zərbə planlaşdırmaq üçün birlikdə çalışır. "Bütün komanda zəncirvari bir xəttdədir və bu məsələ ətrafında cəmlənmişdir" ,- Gallant yekunlaşdırıb.

Mövsüm

AzNews.az