Bloomberg: ABŞ eskalasiyanın qarşısını almaq üçün İrana qarşı sanksiyalar tətbiq etməyi təklif edir

Birləşmiş Ştatlar münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün İrana qarşı iqtisadi sanksiyalar tətbiq etməyi təklif edir.

Bloomberg bu barədə Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, rəsmilər İranın enerji infrastrukturuna vurulan zərbənin enerji bazarlarını qarışdıra biləcəyindən narahatdırlar. Onların sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahu anlayır ki, Amerika prezidenti Co Bayden ABŞ seçkilərinə bir neçə həftə qalmış ona çox təzyiq göstərə bilməyəcək. Agentlik aydınlaşdırıb ki, ABŞ İrana qarşı hücumlara alternativ olaraq sanksiyalar tətbiq etməyi təklif edir.

“ABŞ iqtisadi sanksiyaların yeni raundu kimi alternativlər təklif edir”, - nəşr yazır.

Mövsüm

AzNews.az