İsrailin Livandakı əməliyyatı ABŞ seçkilərinə qədər bitməyəcək — FT

İsrailin Livanda genişlənən hərbi əməliyyatı çətin ki, ABŞ-da noyabrın 5-nə təyin edilmiş prezident seçkilərinə qədər bitsin.

Bu barədə “Financial Times” (FT) məlumat yayıb.

"İki həftə əvvəl israillilər bir neçə həftə ərzində məhdud qurudan müdaxilədən danışırdılar, lakin görünür, bu iki həftə hər zaman uzanır", - Qərb rəsmilərindən biri deyib. “İsrailin ABŞ seçkilərinə az qalmış dayanacağına dair optimizm azdır".

“Biz istəyirik ki, onlar [israillilər — ] indi dayansınlar və artıq geniş şəkildə razılaşdırılmış siyasi plana razılaşsınlar”, - rəsmi bildirib.

Nəşr qeyd edir ki, İsrailin siyasi rəhbərliyinin ritorikasının dəyişməsi və əhalinin sərhədyanı rayonlardan təxliyyəsinin miqyası Qərbdə İsrail əməliyyatının tezliklə başa çatması ilə bağlı şübhələri artırır.

Mövsüm

AzNews.az