Malidə daşqınlar 77 nəfərin həyatına son qoydu - baş nazir

Mali Respublikasında daşqınlar nəticəsində azı 77 nəfər ölüb, 148 nəfər yaralanıb və 264 mindən çox insan zərər çəkib.

Bu barədə ölkənin keçid dövrünün baş naziri Çoqel Kokalla Maiga nazirliklərarası böhran və təbii fəlakətlərin idarə olunması komitəsinin iclasında çıxışı zamanı bildirib.

"264 648 nəfərdən ibarət 47 955 ev daşqınlardan zərər çəkib. Ümumilikdə 77 nəfər həlak olub, 148 nəfər yaralanıb", - "Malijet" saytı baş nazirin sözlərindən sitat gətirib.

O əlavə edib ki, çoxlu yaşayış evləri, məktəblər, infrastruktur obyektləri dağılıb.

Mövsüm

AzNews.az