2024-cü il Nobel Sülh Mükafatının qalibi məlum olub

2024-cü il Nobel Sülh Mükafatı Yaponiyanın Nihon Hidankyo təşkilatına “nüvəsizləşdirmə” sahəsində fəaliyyətinə görə verilib.

Norveçin paytaxtı Osloda Norveç Nobel İnstitutunda keçirilən mətbuat konfransında 2024-cü il Nobel Sülh Mükafatının qalibinin adı açıqlanıb.

Burada edilən bəyanatda, Xirosima və Naqasakiyə atılan atom bombalarından sağ çıxanların yaratdığı “Hibakuşa” kimi də tanınan bu kütləvi hərəkatın “sərbəst bir dünyaya çatmaq üçün göstərdikləri səylərə görə” mükafata layiq görüldüyü bildirilib.

Açıqlamada, Nihon Hidankyo üzvlərinin atom bombası hücumlarından sonra nüvə silahının istifadəsinin dağıdıcı humanitar nəticələri haqqında məlumatlandırmaq üçün yorulmadan çalışdıqları və zaman keçdikcə nüvə silahının istifadəsini vurğulayan güclü beynəlxalq normanın formalaşdığı bildirilib.

Bəyanatda Xirosima və Naqasakiyə atılan atom bombalarından sağ çıxan “Hibakuşa”nın ifadəsinin bu mənada bənzərsiz olduğu qeyd edilib.

Mövsüm

AzNews.az