Şimali Koreya: Cənubi Koreya Pxenyan üzərində pilotsuz təyyarələr göndərib

Şimali Koreya Cənubi Koreyanın keçən həftədən bəri Pxenyan üzərində üç dəfə pilotsuz təyyarələr göndərdiyini iddia edərək, bu addımı hərbi təxribat və suverenliyinin pozulması kimi qiymətləndirib.

Yonhap-ın Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən verdiyi xəbərə görə, Şimali Koreya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Cənubi Koreyanın 3, 9 oktyabr və 10 oktyabr tarixlərində Pxenyana buklet daşıyan pilotsuz uçuş aparatları göndərdiyi iddia edilib.

Bəyanatda bu hərəkətin milli suverenlik və təhlükəsizliyin, eləcə də beynəlxalq hüququn açıq və ciddi şəkildə pozulması olduğu vurğulanıb və Cənubi Koreyadan “sonra çevrilə biləcək silahlı münaqişəyə səbəb ola biləcək təhlükəli təxribata dərhal son qoymağa” çağırılıb".

Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada Şimali Koreyaya heç bir pilotsuz uçuş aparatının göndərilmədiyi, Pxenyanın iddialarının rədd edildiyi bildirilib.

Mövsüm

AzNews.az