İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində 21 fələstinli həlak olub

Soyqırım törədən İsrail ordusunun Qəzza zolağında yaşayış məntəqələrinə endirdiyi hava zərbələri nəticəsində ən azı 21 nəfərin həyatını itirdiyi bildirilib.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-da yer alan xəbərdə İsrail döyüş təyyarələrinin Qəzzanın müxtəlif bölgələrində mülki insanları hədəf aldığı bildirilib.

Xəbərdə İsrail ordusunun cənubundakı Rəfah şəhərinə endirdiyi hava hücumlarında həyatını itirən 6 nəfərin cənazəsinin Xan Yunusdakı Avropa Xəstəxanasına gətirildiyi, helikopterlərin artilleriya atəşi ilə birlikdə Rəfahda mülki ərazilərə atəş açdığı bildirilib.

Xəbərdə İsrail döyüş təyyarələrinin Xan Yunus şəhərində bəzi binaları bombaladığı vurğulanıb, Cibaliya bölgəsində pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumlarda 1 nəfərin öldüyü, yaralananların olduğu qeyd edilib.

İsrail əsgərlərinin Qəzza şəhərinin şimalında birbaşa mülki vətəndaşları hədəf aldığına diqqət çəkən xəbərdə İsrailin bu gün təşkil etdiyi hücumlarda ümumilikdə 21 nəfərin həyatını itirdiyi bildirilib.

Mövsüm

AzNews.az