Türkiyə NATO-nun Kosovodakı Sülh Qüvvələri komandanlığını İtaliyaya təhvil verib

10 oktyabr 2023-cü ildə Türkiyə ilk dəfə olaraq NATO-nun Kosovodakı Sülh Qüvvələrinin (KFOR) komandanlığını İtaliyaya təhvil verdi.

KFOR-un paytaxt Priştinadakı qərargahında keçirilən təhvil-təslim mərasimində Kosovo Prezidenti Vjosa Osmani, Baş nazir Albin Kurti, Türkiyə Milli Müdafiə Naziri Yaşar Gülər, Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, İtaliya Müdafiə naziri Guido Crosetto, NATO-nun Müttəfiq Birgə Qüvvələri iştirak edib və Napoli Komandiri Admiral Stuart Benjamin Munş, Türkiyənin Priştina səfiri Sabri Tunç Angılı ilə çox sayda qonaq qatılıb.

Türkiyə və İtaliyanın dövlət himnlərinin oxunması ilə başlayan mərasimdə KFOR komandanlığı türk general-mayor Özkan Ulutaşdan italiyalı general-mayor Enriko Barduaniyə verilib.

Prezident Osmani Kosovoda sakit, təhlükəsiz və dinc mühitin qalmasını təmin etmək üçün KFOR ilə yaxından işləməyə davam edəcəklərini bildirib.

Vjosa Osmani general-mayor Ulutaşa türkcə “General Mayor Ulutaş, vəzifə müddəti ərzində göstərdiyi peşəkarlıq və fədakar iş üçün, sizə hər şey üçün səmimi təşəkkür edirəm”,- deyə qeyd edib.

Mövsüm

AzNews.az