Aİ xarici işlər nazirləri bazar ertəsi Rusiyaya qarşı sanksiyaları müzakirə edəcəklər

Aİ-nin yüksək rütbəli sözçüsü Brüsseldə jurnalistlərə bildirib ki, Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri oktyabrın 14-də Lüksemburqda planlaşdırılan iclasında oktyabrın 8-də təsdiq edilmiş qadağanedici tədbirlər mexanizmi çərçivəsində Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəklər.

"Sanksiyalarla bağlı fikir mübadiləsi aparılacaq. Bildiyiniz kimi, oktyabrın 8-də yeni rejim təsdiqlənib. Biz üzv ölkələrin yeni rejim çərçivəsində siyahı təklif edəcəklərini gözləyirik".

Nazirlər həmçinin Rusiyaya qarşı sanksiyalardan yayınmaya qarşı mübarizə məsələsini də müzakirə edəcəklər. “Yəqin ki, sanksiyalardan yayınmağı çətinləşdirmək üçün sanksiyalar rejimi dəyişdirilməlidir”, - diplomat əlavə edib.

Mövsüm

AzNews.az