İsraildə magistral yolda atışma nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

İsrailin Aşdod yaxınlığındakı magistral yolda atışma olub.

Bu barədə "Times of Israel" məlumat yayıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

“4 nömrəli marşrutda hücum zamanı ağır yaralanan şəxs ölüb, daha 4 yaralı isə təxliyə edilib.

Hücum terror hücumu kimi təsnif edilə bilər. Polis vəziyyəti araşdırır və hadisə yerində işləyir”, - İsrail mediası bildirib.

Mövsüm

AzNews.az