Finlandiyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb

Finlandiyada iki nəfərlik motorlu təyyarənin Raiskala hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Bu barədə yerli teleradio şirkəti Yle məlumat verib.

“Kanta-Hame xilasetmə xidmətinin məlumatına görə, təyyarə qəzası saat 12:00 radələrində havaya qalxan kiçik təyyarənin qəzaya uğraması və alov alması nəticəsində baş verib. Təyyarədə iki nəfər olub, hər ikisi ölüb”, - materialda deyilir.

Qəza araşdırma mərkəzinin əməkdaşı Tiina Biber təyyarə qəzası ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, uçuş təlim uçuşu deyil.

Mövsüm

AzNews.az