Polşa prezidenti MDBMİ-ni bitirmiş diplomatları səfir təyin etməkdən imtina edib

Polşa prezidenti Anjey Duda baş nazir Donald Tuskun təklif etdiyi namizədlər sırasında olan MDBMİ-ni bitirmiş diplomatları ölkənin səfiri vəzifəsinə təyin etməkdən imtina edib.

O, Polşa Seymində çıxışı zamanı qərarını açıqlayıb.

“Bu kontekstdə baş nazir Donald Tuskun Polşa üçün son dərəcə vacib olan vəzifələrə kimi göndərməyi planlaşdırdığı ayrı sual olaraq qalır. Bunlar, xüsusən də, postsovet universiteti olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunlarıdır”, - deyə "wPolitice" onun çıxışından sitat gətirir .

Dudanın sözlərinə görə, universitetin “Rusiya kəşfiyyat xidmətləri ilə nüfuz etdiyi” iddia edilir. O, Tuskun seçimi ilə razılaşmadığını bildirib və bu namizədlərin təyinatını heç vaxt təsdiq etməyəcəyini vurğulayıb.

Mövsüm

AzNews.az