Politico: Litva Aİ-Qazaxıstan görüşünə görə Siyartoya qarşı şikayət edəcək

Litva Macarıstanın xarici işlər naziri Peter Siyartoya qarşı Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin iclasında şikayət ərizəsi təqdim edəcək.

Bu barədə "Politico" məlumat yayıb .

Vilnüs Siyartonu ittiham edir ki, Şuranın iclasında o, ilk növbədə Avropa İttifaqını deyil, Budapeşti maraqlandıran məsələlərə diqqət yetirib. Nəşrin yazdığına görə, Macarıstanın xarici işlər naziri Aİ-nin razılaşdırılmış formalaşdırılmasından yayınıb, insan haqları ilə bağlı məsələlər qaldırmayıb, həmçinin Avropanın Rusiyaya qarşı sanksiyalarını tənqid edib.

Mövsüm

AzNews.az