Şimali Koreyada Cənubi Koreya ilə gərginlik səbəbindən 1,4 milyon vətəndaş orduya qoşulmaq istəyib

Cənubi Koreya ilə münasibətlərin gərginləşməsi ilə əlaqədar 1,4 milyondan çox Şimali Koreya vətəndaşı orduya qoşulmaq arzusunu bildirib.

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb .

Bildirilib ki, Gənclər Birliyinin rəhbərliyi, ordudan tərxis olunan əsgər və zabitlər, eləcə də KXDR-in bir çox ali məktəblərinin tələbələri vətənlərini müdafiə etməyə hazır olduqlarını bəyan ediblər.

“1 milyon 400 mindən çox gənc xalq ordusu sıralarına qoşulmaq və qayıtmaq arzusunu bildirib. Bütün ölkədə müqəddəs respublikamızın suverenliyini və təhlükəsizliyini pozan Koreya Respublikasının çirkinlərini cəzalandırmaq iradəsi var. Müharibə baş verərsə, Koreya Respublikası məhv ediləcək. O, müharibə istədiyi üçün biz onun varlığına son qoymağa hazırıq”, - KCNA-nın bəyanatında deyilir.

Mövsüm

AzNews.az