- Dünyanın halı
- 19:15
- 766
BMT-nin Livandakı koordinatoru İsrailin mülki hədəflərə zərbələr endirdiyini təsdiqləyib
İsrail Livanın bütün ərazilərində mülki infrastruktura çoxsaylı hücumlar həyata keçirir.
Bunu BMT-nin Livandakı xüsusi koordinatoru Janine Hennis-Plasşaert bildirib.
Hennis-Plasşaert sosial mediadakı X səhifəsində (keçmiş Twitter) verdiyi açıqlamada "Bu hücumlar Livanda əhalinin və mülki infrastrukturun hədəf alındığı əvvəlki insidentlərin davamıdır",- deyə qeyd edib.
O vurğulayıb ki, beynəlxalq humanitar hüququn pozulması yolverilməzdir, mülki şəxslər və mülki obyektlər daim mühafizə altında olmalıdır.
Mövsüm
AzNews.az