- Dünyanın halı
- 13:06
- 914
Qırğızıstanda qar uçqunu nəticəsində 6 nəfər itkin düşüb
Qırğızıstanın Cəlal-Abad vilayətinin Çatkal rayonunda qar uçqunundan sonra 6 nəfər itkin düşüb.
Bu barədə "Today.kg" portalı respublika Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.
Xilasedicilərin məlumatına görə, oktyabrın 9-da 14 nəfərdən ibarət qrup Ak-Sai massivində dağlara çıxıb. Oktyabrın 14-də qar uçqunu altı nəfəri və 16 atı əhatə edib.
Hadisə yerində xilasedicilər və xüsusi texniki vasitələr işləyir.
Mövsüm
Aznews.az