Almaniya kansleri bir daha İsrailə silah göndərilməsini müdafiə edib

Almaniya kansleri Olaf Şolz Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ)-Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) Sammiti öncəsi jurnalistlərin suallarını cavablandırıb.

Şolz Yaxın Şərqdəki son hadisələri və İsrailə verdikləri dəstəyi müzakirə edəcəklərini bildirib .

Şolz daha sonra hökumətinin İsrailin Qəzzada törətdiyi qırğına baxmayaraq, İsrailə silah ixracını davam etdirmək qərarını müdafiə edib.