Şimali Koreya ilk dəfə olaraq Cənubu düşmən dövlət kimi tanıyır

Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) dəyişdirilmiş konstitusiyadan sonra Cənubi Koreya üçün alınan qərarları açıqlayıb.

Konstitusiya dəyişikliyindən sonra Şimali Koreya gərginliyi artıracaq daha bir addım atıb.

Agentliyin xəbərinə görə; Şimali Koreyanın konstitusiyaya etdiyi dəyişikliklə Cənubi Koreyanın ilk dəfə olaraq “açıq-aşkar düşmən dövlət” olaraq təyin edildiyi bildirilib.