Serbiyada müdafiə zavodunda baş verən partlayış nəticəsində 4 nəfər yaralanıb

Serbiyada Sloboda müdafiə müəssisəsində pirotexniki sexdə partlayış baş verib, nəticədə 4 nəfər yaralanıb.

Bu barədə Serbiyanın "Blic" nəşri məlumat yayıb.

“Partlayış nəticəsində dörd nəfər yaralanıb, qalan işçilər evə göndərilib”, - nəşr yazır.

Qəzetin məlumatına görə, zərərçəkənlərdən biri üz, boyun və qol nahiyəsində yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub və müayinədən sonra reanimasiya şöbəsinə yerləşdirilib.