İsrailin Livana endirdiyi zərbə nəticəsində 4 nəfər ölüb, 10 nəfər yaralanıb — TV

İsrail Hərbi Hava Qüvvələri Livanın şərqindəki Beqaa vadisindəki Baalbek şəhərinə zərbə endirib.

Telekanalın məlumatına görə, hücum nəticəsində azı dörd nəfər ölüb, on nəfər yaralanıb. Ölənlərin mülki vətəndaşlar, yoxsa Livanda yerləşən Hizbullah partiyasının yaraqlıları olub-olmadığı barədə məlumat verilməyib.

Sentyabrın 23-də İsrail Hizbullahın hərbi obyektlərini hədəf alan Şimal oxları adlı hücum əməliyyatına başlayıb və Livan boyu kütləvi hava zərbələri endirib. Oktyabrın 1-nə keçən gecə İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubundakı sərhədyanı bölgələrdə quru əməliyyatı elan edib.

Mövsüm

AzNews.az