Nazir Fidan: Kəşfiyyat mənbələrimiz FETÖ təşkilatının liderinin ölümünü təsdiqləyib

Ankarada sıx diplomatik trafik davam edir.

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Ukraynanın xarici işlər naziri Andriy Sibiha ilə görüşüb.

Ankarada keçirilən görüşdə iki ölkə arasındakı münasibətlər, Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və bir çox başqa mövzular müzakirə olunub.

Bu, Sibihanın vəzifəyə gəldikdən sonra Türkiyəyə ilk rəsmi səfəri olub.

Xarici işlər naziri Hakan Fidan Ukraynanın xarici işlər naziri Andriy Sibiha ilə birgə mətbuat konfransında danışıb.

Ukraynanın xarici işlər naziri Sibiha bildirib ki, Ukrayna lideri Volodimir Zelenski görüş zamanı uzun müddətdir müzakirə edilən Qələbə Planını nazir Fidana təqdim edib.

Sibiha Rusiyanın Ukraynanın Qara dəniz limanlarına artan hücumlarını dayandırmaq üçün Türkiyədən dəstək istəyib.

Ukraynalı nazir payızda bəyan edib ki, bu hücumlar artıq dörd ticarət gəmisinə ziyan vurub.

"QARARLIQ TƏŞKİLATIN LİDERİ ÖLÜB"

Nazir Fidan FETÖ təşkilatının lideri Fətullah Gülənin ölümünü təsdiqləyib.

Hakan Fidan, "Kəşfiyyat mənbələrimiz də FETÖ təşkilatının liderinin ölümünü təsdiqləyir. Bu qaranlıq təşkilatın lideri öldü. Millətimizin terrorla mübarizə əzmi davam edəcək. Bu ölüm xəbəri bizi heç vaxt arxayınlığa itələməyəcək",- deyə qeyd edib.

Təşkilatın fəaliyyətindən danışan Fidan, "Minlərlə gəncimiz müqəddəs dəyərlər adı ilə aldadılıb öz sıralarına salınıb. Bu gənclər öz vətənlərinə, millətlərinə, müqəddəs dəyərlərə xəyanət edən maşınlara çevriliblər. Bu insanlar indi xaricdəki kəşfiyyat xidmətlərinin əli ilə böyük rüsvayçılıq içində və öz ölkəsinə, millətinə və dəyərlərinə qarşı çevrilirlər. Onlardan silah olaraq istifadə edilir",- deyə vurğulayıb.

Mövsüm

AzNews.az