ABŞ səfiri Hokştein Beyruta gedir: İsrail-Hizbullah atəşkəs masadadır

ABŞ-nin İsraildəki səfiri Amos Hokşteyn bu gün Beyrutda Livan rəsmiləri ilə görüşəcək.

“Reuters”in məlumatına görə, görüşdə İsrail və Hizbullah arasında atəşkəs şərtləri müzakirə olunacaq.

ABŞ artan can itkisinə baxmayaraq, İsrailə sarsılmaz dəstək verəcəyini açıq şəkildə bildirməyə davam edərkən, atəşkəs danışıqlarını da aparır.

ABŞ-nin müdafiə naziri Lloyd Ostin Kiyevə səfəri zamanı verdiyi açıqlamada Amerika ordusunun təcili olaraq İsrailə qabaqcıl raket əleyhinə sistemi göndərdiyini və sistemin hazırda “yerində” olduğunu bildirib.

"Bizim bu sistemi çox tez tətbiq etmək imkanımız var və o, gözləntilərimizə cavab verir" ,- deyə Oustin bildirib.

ABŞ-da yerləşən Axios xəbər agentliyinə danışan İsrail rəsmiləri, Hizbullahın sərhədə yaxın bölgədə hərbi infrastrukturunu yenidən silahlandırmasının və yenidən qurulmasının qarşısını almaq üçün İsrail müdafiə qüvvələrinə (IDF) “aktiv müdaxilə” səlahiyyətinin verilməsini tələb ediblər.

ABŞ rəsmisi bəyan edib ki, Livan və beynəlxalq ictimaiyyətin İsrailin şərtlərini qəbul etməsi ehtimalı azdır.

Mövsüm

AzNews.az