ABŞ və Kanada Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər Tayvan boğazından keçib

ABŞ və Kanada donanmasının gəmiləri Tayvan boğazından keçərək bölgədə sülh və sabitliyi pozub.

Bu barədə Çin Xalq Azadlıq Ordusunun (AXO) Şərq Bölgəsi Döyüş Komandanlığından məlumat verilib.

"ABŞ və Kanadanın hərəkətləri xaosa səbəb olub və Tayvan boğazı bölgəsində sülh və sabitliyi pozur", - komandanlığın bəyanatında deyilir.

Onlar əlavə ediblər ki, boğazdan gəmilərin keçməsinə nəzarət ediblər.

Mövsüm

AzNews.az