Argentinada 5,7 bal gücündə zəlzələ qeydə alınıb

Argentinanın qərbindəki San-Xuan əyalətində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında məlumat verilib.

Seysmoloqların məlumatına görə, zəlzələnin mənbəyi 108 km dərinlikdə, episentri isə 447 min nəfər əhalisi olan San-Xuan şəhərindən 74 km şimal-qərbdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Mövsüm

AzNews.az