Finlandiya hökuməti Rusiyanın təsirini öyrənmək üçün 320 min avro ayıracaq

Finlandiya 21-ci əsrdə Rusiyanın təsirini öyrənmək üçün 320 min avro ayıracaq.

Müvafiq bəyanat ölkə hökumətinin rəsmi saytında dərc olunub.

“Oktyabrın 21-də Baş Nazirin Ofisi [Petteri Orpo] “21-ci əsrdə Rusiyanın Finlandiyaya geniş miqyaslı təsiri” araşdırması üçün 2023-cü il büdcəsindən 320 min avro ayrılması üçün müraciətlərin qəbulunu açıqlayıb",- məlumatda qeyd edilib.

Layihə universitetlər, tədqiqat institutları, şirkət və təşkilatlar və ya onların yaratdığı konsorsiumlar üçün nəzərdə tutulub.

Mövsüm

AzNews.az