BMT Ukrayna əhalisinin 10 milyon nəfər azaldığını bildirib

2022-ci ilin fevralında başlayan münaqişədən sonra Ukrayna əhalisi 10 milyon nəfər azalıb.

Bu barədə Cenevrədə keçirilən brifinqdə BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Florens Bauer məlumat verib.

O, əhalinin azalmasının “amillərin birləşməsi” ilə bağlı olduğunu bildirib.

“Bu insanların əhəmiyyətli bir hissəsi ölkəni tərk edib. Əhali qocalır, gənclər isə başqa yerlərdə fürsət axtarır və gedirlər. Ümumilikdə, biz Ukrayna əhalisinin 10 milyondan çox azaldığını görürük”, BFMTV kanalı Bauerdən sitat gətirib.

Mövsüm

AzNews.az