El-Sisi və Putin Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıblar

Misir və Rusiya prezidentləri Əbdülfəttah əs-Sisi və Vladimir Putin Yaxın Şərq regionunda eskalasiya səviyyəsini dərhal azaltmağa çağırıblar ki, bu da bütün dünyanın təhlükəsizliyi üçün təhlükəli nəticələrə səbəb ola bilər.

Bu barədə Misir rəhbərinin administrasiyasının Kazanda keçirilən BRİKS sammiti zamanı iki ölkə liderləri arasında aparılan danışıqlardan sonra dərc olunmuş bəyanatında deyilir.

“Prezidentlər arasında danışıqlar zamanı mövcud böhranın regional və beynəlxalq təhlükəsizlik üçün mənfi nəticələrinə görə Yaxın Şərqdə gərginliyin azaldılmasının vacibliyi barədə razılıq əldə olunub”, -mətndə deyilir.

Qeyd olunur ki, əs-Sisi Qəzza zolağı və Livanda atəşkəsə dərhal nail olunmasını, həmçinin Fələstin anklavı və Livan əhalisinə humanitar yardımın çatdırılması prosesində koordinasiya və yardımın tərəfdarı olub.

Mövsüm

AzNews.az