- Dünyanın halı
- 23 Oktyabr 13:17
- 1 565
Blinken İsrail prezidenti ilə HƏMAS-ın oğurladığı girovların qaytarılmasını müzakirə edib
ABŞ dövlət katibi Entoni Blinken İsrail prezidenti İsaak Hersoqla 2023-cü ilin oktyabrında Fələstinin Həmas hərəkatı tərəfindən qaçırılan girovların qaytarılması məsələsini müzakirə edib.
Bu barədə Dövlət Departamentinin mətbuat katibi Metyu Miller görüşün yekunlarına dair məlumat verib.
“Blinken bu gün Tel-Əvivdə İsrail prezidenti İsaak Hersoqla görüşüb. Dövlət katibi Qəzzada davamlı humanitar yardımın bərpasının zəruriliyini qeyd edib və müharibəni girovların azad edilməsinə imkan verən və daha geniş regional sabitlik üçün şərait yaradan tərzdə dayandırmağın vacibliyini bir daha təsdiqləyib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, Blinken girovların ailələri ilə də görüşdüyünü bildirib.
Mövsüm
AzNews.az