İsveçrə kəşfiyyatı: ABŞ və Avropa üçün Ukraynanı dəstəkləmək getdikcə çətinləşir

ABŞ və Avropa üçün Ukraynanı dəstəkləmək getdikcə çətinləşir.

Bu barədə İsveçrə Federal Şurası kəşfiyyat xidmətlərinin hesabatına istinadən məlumat verib.

"Ukraynaya lazım olan həyati yardımı göstərmək ABŞ və Avropa üçün siyasi baxımdan çətinləşib", - hesabatda əlavə edilib ki, mövcud vəziyyətə görə, vaxt Rusiyanın tərəfindədir.

Press-relizdə Avropanın çətin vəziyyətdə olduğu və Avropa İttifaqı (Aİ) ölkələrinin təhlükəsizlik məsələlərində ABŞ-dən çox asılı olduğu bildirilib. Qeyd edilib ki, yaxın aylarda mövcud münaqişələr və böhranlar Qərb dövlətləri üçün xüsusi problem yaradacaq, çünki Vaşinqton prezident seçkiləri kampaniyası və yeni administrasiyanın işləri ilə məşğul olacaq.

Mövsüm

AzNews.az