Meksikada polislə narkotik kartelləri arasında baş verən qarşıdurmada 19 nəfər ölüb

Meksikanın Sinaloa əyalətində polisin narkotik kartelinin liderinin tutulması əməliyyatı zamanı hücum edənlərin müqaviməti nəticəsində 19 nəfər həlak olub.

Bu barədə Meksikanın Milli Müdafiə Katibliyi (SEDENA) məlumat yayıb.

“Ölkədə asayişi gücləndirmək səyləri nəticəsində Sakit Okean Kartelinin Mayo Zambada fraksiyası ilə əlaqəli cinayət qrupunun rəhbəri olduğu iddia edilən El Maks ləqəbli Edvin Antonio həbs edilib. O, Culiacan bələdiyyəsində baş verən son iğtişaşlarda fəal iştirak edib”, - departamentin saytındakı bəyanatda deyilir .

Həbs zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları bu fraksiyadan olan 30-dan çox adam və Antonionun şəxsi müşayiəti tərəfindən hücuma məruz qalıb. Polis özünümüdafiə məqsədi ilə cavab atəşi açıb, hücum edənlərdən 19-u ölüb, qalanları isə qaçıb. SEDENA qeyd edib ki, təhlükəsizlik qüvvələri tam qanuna uyğun hərəkət edib.

Mövsüm

AzNews.az