Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-na təyin edilib

Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-na təyin edilib.

Bu barədə "BelTA" agentliyi məlumat yayıb.

Belarusun Nümayəndələr Palatasının sədri İqor Sergeenko səsvermə barədə qərarın qəbul edildiyi iclasda qarşıdan gələn seçkiləri mühüm və əlamətdar ictimai-siyasi hadisə adlandırıb.

"Məhz prezident seçkiləri Belarusun yaxın illərdəki gələcəyini və onun gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir", - agentlik Sergeenkodan sitat gətirib.

Mövsüm

AzNews.az