Türkiyə HHQ PKK-nın İraq və Suriyadakı mövqelərinə zərbələr endirib

Türkiyə Hərbi Hava Qüvvələri ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya və İrandakı hədəflərini məhv edir.

Bu barədə TRT Haber telekanalı Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

“Terrorçulara məxsus 32 obyekt uğurla məhv edilib. Müdafiə Nazirliyi terrorla mübarizənin bir nəfər də olsun terrorçu qalmayana qədər əzm və qətiyyətlə davam etdiriləcəyini vurğulayıb”, - deyə nəşr yazıb.

Türkiyə Müdafiə Nazirliyi bu əməliyyatın BMT Nizamnaməsinin 51-ci maddəsinə (“Fərdi müdafiə haqqında”) uyğun olaraq həyata keçirildiyini qeyd edib .

Mövsüm

AzNews.az