Qəzzada ölənlərin sayı 42 min 847-yə yüksəlib

Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 384 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saat ərzində həyata keçirdiyi 4 hücumda 55 nəfərin öldüyü, 132 nəfərin yaralandığı bildirilib.

HƏYAT İTKİSİ 42 MİN 847 NƏFƏRƏ ÇATIB

Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 42 min 847, yaralıların sayı isə 100 min 544-ə yüksəlib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Mövsüm

Aznews.az