Blinken 11-ci Yaxın Şərq turu üçün Qətərdədir: Atəşkəs danışıqları yenidən başlayacaq

ABŞ dövlət katibi Entoni Blinken oktyabrın 7-dən etibarən Yaxın Şərqə 11-ci turu çərçivəsində bu gün Qətərə səfər edib.

Paytaxt Dohaya gedən Blinken Lüsail sarayında Qətərin baş naziri Şeyx Təmim bin Həməd Es Sani ilə görüşüb.

Baş nazir ABŞ və İsrail nümayəndə heyətlərinin Qəzzada atəşkəs danışıqları üçün Dohada görüşəcəyini açıqlayıb.

Qətərin xarici işlər naziri Məhəmməd Bin Əbdürrəhman əl-Tani də verdiyi açıqlamada ABŞ, Misir və Qətər arasında atəşkəsə nail olmaq və İsrailli girovların və fələstinli məhbusların azad edilməsi istiqamətində səylərin davam etdiyini bildirib.

"Bölgədəki bu ağrılı proses sona çatmalıdır" deyən əl-Tani, "Davamlı həll yollarını və Qəzzadakı müharibənin nəticələrini müzakirə etdik" deyib. Əl Tani son günlər Həmas-ın siyasi ofisi ilə əlaqə saxladıqlarını da bildirib.

O , ABŞ danışıqlarının irəliləyişə nail olmaq üçün Dohada İsrail nümayəndə heyəti ilə görüşəcəyini açıqlayıb.

Mövsüm

Aznews.az