Norveçdə sərnişin qatarı relsdən çıxıb

Norveçin Nordland şəhərində qatarın relsdən çıxması nəticəsində bir nəfər ölüb.

VG bu barədə yerli polisin açıqlamalarına istinadən məlumat yayıb.

Tronheymdən Bodoya gedən sərnişin qatarı saat 14:15-də relsdən çıxıb. Ümumilikdə 90-dan çox bilet alınıb.

“Hadisə yerində polis və xilasedicilər işləyir. Ölənlər var”, - yerli polisin sözçüsü Kennet Lauritsen hadisəni şərh edərkən deyib.

Mövsüm

Aznews.az