Nigeriyada sərnişin helikopterinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

Aerokosmik İnkişaf Nazirliyinin sözçüsü Odutayo Oluseyi verdiyi yazılı açıqlamada, içərisində 8 nəfərin olduğu helikopterin Rivers əyalətinin paytaxtı Port Harkortdan havaya qalxdıqdan sonra Bonni Finima yaxınlığında Atlantik okeanına düşdüyünü bildirib.

Oluseyi qeyd edib ki, hadisə nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bölgəyə yanğınsöndürmə briqadaları sövq edildiyini bildirən Oluseyi hadisə ilə bağlı araşdırma başlandığını bildirib.

Mövsüm

Aznews.az