Zelenski Kazana səfər etdiyi üçün BMT baş katibini qəbul etməkdən imtina edib

Ukrayna lideri Volodimir Zelenski Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin Ukraynaya səfərini ləğv edib.

AFP bu barədə Ukrayna prezident administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Agentliyin X sosial şəbəkəsində (keçmiş Twitter) mesajında ​​deyilir: “Zelenski BMT baş katibinin Ukraynaya səfərini Rusiyaya (Kazandakı BRİKS sammitinə - Red.) səfərinə görə rədd edib".

Mövsüm

AzNews.az